Azaran Group Trading haqqında

Haqqımızda daha çox öyrənmək üçün məlumat

2000-ci ilin əvvəllərindən etibarən Azərbaycana tərəvəz idxalı başlandı. İlk illər eniş-yoxuşlarla dolu olsa da, idarəçilərimizin biliyi və zəkavəti ilə 2 ildən az bir müddətdə müxtəlif sahələrdə, o cümlədən tikinti materialları, petrokimya maddələri, tərəvəz və qurudulmuş meyvələrin idxalı inanılmaz sürətlə artdı. Bu uğur, kərpic və saxsı blok kərpicin istehsal sənaye maşınlarının idxalı və Bakıda ilk kərpic istehsal xəttinin işə salınması ilə üst-üstə düşdü.
Şirkətin bu uğuru tezliklə bütün Azərbaycan Respublikasına yayıldı və yeni müraciətlər günü-gündən artdı. Beləliklə, 2020-ci ilə qədər biz Azərbaycanda 15-dən çox istehsalat vahidini istismara verə bildik.
Peşəkar və təcrübəli ekspertlərimizin və menecerlərimizin biliklərinə əsaslanan bu nailiyyət, Azərbaycan Respublikası sənayesinin inkişafı məqsədi ilə birgə idi. Öz növbəmizdə bilik və təcrübəyə arxalanaraq qonşu ölkələr arasında səmərəli və konstruktiv əlaqələr qura bildiyimizə fəxr edirik.
Həmçinin şirkətimizin yeni proqramları istiqamətində Azərbaycanda bilik və sənayenin inkişafı və yüksəlişi ilə bağlı böyük həvəslə həyta keçirdiyimiz müxtəlif xidmətlər, o cümlədən iş adamları üçün məsləhət xidmətləri, iş adamları arasında ixrac və idxal yolunun asanlaşdırılması, iş adamlarının bilik və məlumatlılığının artırılması üçün müxtəlif seminarlar və vebinarlar və bizneslə əlaqəli bütün xidmətləri göstərmək imkanımız olacaqdır.