Sənaye istehsalına sərmayə qoymaqla bağlı məsləhətlərin verilməsi

Sənaye istehsalına sərmayə qoymaqla bağlı məsləhətlərin verilməsi “Azaran Group”un xidmətlərindən biridir. Hər ölkədə sənayenin inkişafı və istehsalın artması güclü, davamlı və məqsədyönlü sərmayələrin qoyulmasına bağlıdır. Buna əsasən investisiya qoymaqdan öncə məsləhətləşmələr və analizlər aparmaq əhəmiyyətlidir. Sənaye sahələrində investisiya iqtisadi inkişafın ən mühüm amillərindən biri kimi həyati rol oynayır. Amma bu növ investisiya məsləhətləşmələrə, analizə və dəqiq araşdırmaya möhtacdır. Bu həyata keçirilməlidir ki, resursların və sərmayənin əldən çıxmasının qarşısı alınsın. Sənaye istehsalına sərmayə qoymaqla bağlı məsləhətlərin verilməsinə dair “Azaran Holdinq”in təqdim etdiyi xidmətlər aşağıdakılara şamildir:

1: Fürsət və imkanların müəyyənləşdirilməsi

Sənaye istehsalı zəminində sərmayənin qoyulmasına dair fürsətlər və imkanlar hər şeydən öncə bilinməlidir. Bu fürsət və imkanlar yeni məhsullara aid, müasir texnologiyaya, hətta yeni bazarlara da aid ola bilər.

Bu mərhələdə bazarın analizi və sənayenin ehtiyaclı olduğu məqamların təhlili çox həyatı bir məsələdir.

Mütəxəssislərimiz sizin istəyinizə, təklif edilən büdcəyə və fəaliyyət sahənizə müvafiq olaraq ölkə daxilində, Azərbaycan Respublikası, Rusiya və sair qonşu ölkələrdə sənaye istehsalına intestisiya fürsətlərini müəyyənləşdirib, sizə təklif edirlər.  

Fürsət və imkanların müəyyənləşdirilməsi

2: Risklərin (müəyyənləşdirilməsi və) qiymətləndirilməsi

Risk Assessment

Müəyyənləşdirilmiş fürsətləri nəzərə alaraq, müxtəlif risklərlə qarşılaşmaq mümkündür ki, həmin risklər sənaye istehsalına sərmayənin qoyulmasında araşdırılmalıdır.

Bu, bazarla bağlı risklərə, istehsal prosesi, xam malın təmin edilməsi, hətta qanun-qaydaların dəyişməsi risklərinə də şamil ola bilər. İşin əh əhəmiyyətli hissəsi sənaye istehsalına sərmayənin qoyulmasına dair risklərin araşdırılıb qiymətləndirilməsidir.

Əgər bu qiymətləndirmə doğru-düzgün icra edilməsə investisiya prosesinə ciddi ziyanlar vura bilər. Məsələnin əhəmiyyətindən irəli gələrək, mütəxəssislərimiz bu işi aşağıdakı addımlarla həyata keçirirlər:

• Risklərin müəyyənləşdirilməsi

Hər addımdan öncə layihəyə təsir göstərəcək bütün amillər və resurslar nəzərə alınmalıdır ki, möhtəməl və potensial risklər müəyyənləşdirilsin. Bu, bazarla əlaqəli risklərə, istehsal prosesi, xam malın təmini, işçi qüvvəsi, qanun-qaydalar, iqtisadi dəyişikliklər və digərlərinə bağlı ola biləcək risklərə aiddir.

• Riskin analiz edilməsi

Riskləri tanıyandan sonra, onların hər biri dəqiq şəkildə analiz edilməlidir. Bu mərhələdə “SWOT” analizi (seçimin müsbət tərəfləri, zəif tərəfləri, fürsətləri və təhlükələrinin müəyyənləşdirilməsi) kimi vasitələrdən və ya digər metodlardan yararlanaraq, uğursuzluq ehtimalının minimuma enməsi üçün risklərin təhlili həyata keçirilməlidir.

• Riskin baş vermə ehtimalı və təsiri

    Sənaye istehsalına sərmayənin qoyulması ilə bağlı məsləhətləşmələrdə müəyyəm edilmiş hər riskin baş vermə ehtimalı və təsir miqdarı qiymətləndirilməlidir. Bu iki (potensial) dəyişikliyi nəzərə alaraq, hansı risklərə getməyin daha məsləhətli olduğunu (və hansının müsbət tərəflərinin çox, mənfi tərəflərinin az olduğunu) müəyyən etmək olar. Müəyyənləşdirilən üstünlüklərə müvafiq olaraq, onların (risklərdən irəli gələ bicək təhlükələrin) həlli üçün lazımi planlama həyata keçirilir.

• Riskli vəziyyətin idarə edilməsi strategiyası

    Riskli vəziyyətin idarə edilməsi və onun azaldılması üçün bir sıra strategiyaları müəyyənləşdirmək lazımdır. Bu, sığortadan istifadə etmək, təmin edən resursların (çoxaldılması, şaxələndirilməsi və) müxtəlifliyi, bir neçə müqavilələrdən istifadə etmək, münasib maliyyə idarəçiliyi və alternativ layihələrin (ehtiyatda saxlanılması və onların) genişləndirilməsi,  yolu ilə ola bilər. Bu yollarla riskə qarşı münasib strategiyaları seçmək, nəticədə sənaye istehsalına sərmayələrin qoyulmasını daha az təhlükə ilə həyata keçirmək olar.

• Monitorinq və nəzarət

Riskin qiymətləndirilməsi sənaye istehsalına sərmayənin qoyulması ilə bağlı məsləhətləşmə işində dinamik (və davamlı) bir prosesdir. Buna görə, layihəni başlatdıqdan sonra davamlı şəkildə  risklər üzərində monitorinq və nəzarət aparmalı, bir ehtimalın baş verəcəyi təqdirdə dərhal münasib tədbir görməlisiz. Nəticədə təhlükəsiz investisiya qoya və mənfəət əldə etməyi təcrübədən keçirə bilərsiz.

3: Maliyyə planlaması

    İnvestisiya layihəsində qarşıya çıxa biləcək risklərin qiymətləndirilməsindən, fürsət və imkanların müəyyən edilməsindən sonra dəqiq bir maliyyə planlaması olmalıdır.

Bu planlama işi lazımi sərmayənin müəyyən edilməsi, maliyyə resurslarının müəyyənləşməsi, gözlənilən nəticənin əldə edilməsi, layihənin tam icrasının zamanı məsələlərinə şamildir.

Financial planning

4: Texniki və ixtisasi məsləhətləşmə

Technical and specialized advice

Sənaye istehsalı sahəsi mütəxəssis tərəfindən aparılan güclü və texniki məsləhətləşməyə ehtiyac duyur. Bu məsləhətləşmələr layihələndirmə, istehsal, proseslərin optimallaşdırılması və yeni texnologiyaların istifadəsi ilə əlaqəlidir.

Sənaye istehsalına investisiya qoyuluşu sahəsində texniki konsultasiya çox mühüm rol oynayır.

Bu konsultasiya ehtiyacların və imkanların analizi, lazım olacaq texnologiyanın təhlili və qiymətləndirilməsi, avadanlıqların seçilməsi və layihənin həyata keçirilməsinin optimal üsullarına aiddir.

5: Layihənin icrası

Qeyd edilən mərhələləri keçdikdən sonra layihənin icrası mərhələsinə başlamaq olar. Bu mərhələdə sənaye istehsalına sərmayələrin qoyulması ilə bağlı müşavirələrdən lahiyənin icrasının idarə edilməsinə, keyfiyyətə nəzarətə, resursları idarə etmək kimi mühüm işlərə keçid edilir.

 Sənaye istehsalına sərmayələrin qoyulması ilə bağlı məsləhətləşmə işində dəqiq araşdırmalar və diqqətlilik vacibdir.

Münasib metodlardan və üslublardan istifadə edərək, investisiyaları optimallaşdırmaq və gözlənilən nəticəni əldə etmək mümkündür. Məsləhətləşmədən sonra idarəetmə, texnologiya və marketinq kimi müxtəlif aspektlərə diqqət yetirmək də xüsusi əhəmiyyət kəsb edir.

Sərmayə qoymaqdan öncə mütaliələrin edilməsinin əhəmiyyət və lüzumu

Qlobal rəqabət mühitində kapitalın ondan müvafiq gəlir əldə etmək üçün əvvəlcədən müəyyən edilmiş məqsədlərə uyğun istiqamətləndirilməsi Azaran Group Holding-in sənaye istehsalı investisiyalarına dair məsləhət xidmətlərinin mühüm fəaliyyət istiqamətlərindən biridir. Barəsində mütaliələr aparılmamış və öyrənilməmiş keçmiş investisiyaların (acı) nəticələri və sonucları investorlara, bank sisteminə və ölkə iqtisadiyyatına bərpa olunmaz ziyanlar vurub ki, bu da deyilənlərə sübutdur.

Münasib risklə sərmayələrin istiqamətləndirilməsi məsələsi şirkət rəhbərlərinin nigaran olduğu hazırki məqamlardandır. Belə ki, bazarla bağlı mütaliələr aparılmasa, marketinq araşdırmaları olmasa, dəqiq texniki araşdırmalar olmasa, habelə maliyyə ilə bağlı analizlər həyata keçirilməsə çoxlu risklər qarşıya çıxar və ağır ziyan ehtimalları yaranar.

Qlobal rəqabət mühitində kapitalın ondan müvafiq gəlir əldə etmək üçün əvvəlcədən müəyyən edilmiş məqsədlərə uyğun istiqamətləndirilməsi Azaran Group Holdinq-in sənaye istehsalı investisiyalarına dair məsləhət xidmətlərinin mühüm fəaliyyət istiqamətlərindən biridir. Öyrənilməmiş keçmiş investisiyaların (ağır) nəticələri və sonucları investorlara, bank sisteminə və ölkə iqtisadiyyatına dəymiş bərpa olunmaz ziyanların sübutudur.

Məsləhət sorğusu

Pulsuz məsləhət və konsultasiya almaq, ən yaxşı investisiya yollarını tapmaq və investisiyanızın gəlirini artırmaq üçün bizimlə əlaqə saxlayın!