Yoxlama, standartlar, ISO və problemlərin müəyyənləşdirilməsi xidmətləri

“Azaran Group” şirkəti təcrübəli ekspertlərlə əməkdaşlıq edərək istehsal və sənaye şirkətlərində yoxlama xidmətləri, standartların və İSO-nun əldə edilməsi üçün məsləhətlərin verilməsi və nasazlıqların aradan qaldırılması üzrə xidmətlər göstərir. Şirkətin bu sahədə xidmətləri aşağıdakı kimi həyata keçirilir.

Azaran Group şirkəti təcrübəli mühəndislərdən istifadə edərək, təşkilati mükəmməllik modeli EFQM-dən və ortalama testi, Friedman testi kimi statistik təhlillərdən faydalanaraq, idarəetmə bacarıqlarının zəifliyi, maliyyə problemlərinin mövcudluğu, texnologiyanın satın alınması kimi müxtəlif sahələrdə problemləri müəyyən etmək üçün təsviri təhlillər, həmçinin istehsal xətlərində problemlərin diaqnostikası və vəziyyəti yaxşılaşdırmaq üçün insan resurslarının hazırlanması və işə götürülməsini həyata keçirir.
Buna görə də məsləhət almaq və beynəlxalq ISO sertifikatları almaq və s. üçün məsləhətçilərimizlə əlaqə saxlaya bilərsiniz.

“Azaran Group”un yoxlama xidmətinin növləri

Sənaye yoxlaması qlobal bazarlarda müəssisələrin keyfiyyətinin, təhlükəsizliyinin və rəqabət qabiliyyətinin qorunmasında çox mühüm rol oynayır. Şirkətlər standartlara riayət etməklə və dəqiq yoxlamalar aparmaqla müştəri məmnuniyyətini artırmaq və keyfiyyətlə bağlı problemlərindən yaranan xərcləri azaltmaq kimi üstünlüklərdən faydalana bilərlər. “Azaran Group”un yoxlama xidmətləri aşağıdakı kimi həyata keçirilir:

  • Sənaye avadanlıqlarının yoxlanılması
  • Məhsulun yoxlanılması
  • Xidmətlərin qiymətləndirilməsi

Sənaye yoxlamasının üstünlükləri

Keyfiyyətə zəmanət

Sənaye yoxlamalarından istifadə etməklə məhsul istehsalında və ya xidmətin göstərilməsində arzu olunan keyfiyyət və standartları təmin etmək mümkündür.

İnamın artması

Məhsul və ya xidmət müvafiq standartlara cavab verəndə və bu meyarlar əsasında istehsal edildikdə, müştərilərin etibarı və məmnunluğu artır.

Riskin və təhlükələrin azaldılması

Müntəzəm yoxlamalar proseslər və məhsullardakı problemləri və ya zəif cəhətləri müəyyən etməyə və düzəltməyə kömək edə bilər ki, bu da aidiyyati risklərin azalmasına gətirib çıxarır.

Rəqabət qabiliyyəti

Yoxlamadan düzgün istifadə edən şirkətlər yüksək keyfiyyətli məhsulu münasib qiymətlərlə təmin etməklə rəqabətli bazarda daha yaxşı mövqe tuta bilərlər.

Yoxlamanın standartları

ISO 9001 standartı

Keyfiyyətlə bağlı idarəetmə sisteminin spesifikasiyalarını və tələblərini müəyyən edən qlobal keyfiyyət standartı.

ASME standartı

Neft-kimya, polad və maşınqayırma kimi müxtəlif sənaye sahələrində istifadə olunan standartlar.

API standartı

Neft-qaz sənayesi üçün xüsusi standartlar API tərəfindən müəyyən edilir.

Standart və İSO tətbiqi üzrə müşavirə xidməti

Beynəlxalq standartların məsləhətçisi kimi “Azaran Group” ISO standartlarının və tələb növlərinin tətbiqi və həyata keçirilməsini vacib bilən şirkətlər brendi üçün İSO standartlarının tələblərinin yerinə yetirilməsi üzrə məsləhətlər verməyə hazırdır. İstehsal və sənaye bölmələrində həmin standartı tətbiq etmək üçün hər hansı bir standartla bağlı İSO sertifikatının alınması tələb olunur. Şirkətin fəaliyyət göstərdiyi yerə və hörmətli sahibkarların təşkilatına ekspert və təcrübəli məsləhətçilər göndərilərək, ISO standartları sertifikatlarının alınması və  hər standartın həyata keçirilməsi üçün standart və İSO müşavirə xidmətləri göstərilir.

Biznesə ISO üzrə konsultasiya xidmətlərinin təqdim etmə növləri

İSO müşavirə xidmətlərinin göstərilməsinin məqsədi şirkətlər tərəfindən nəzərdən keçirilən standartların hər birinin tələblərini hazırlamaq və həyata keçirməkdir. ISO xidmətləri müvafiq şirkətlə müqavilə imzalandıqdan sonra ekspert məsləhətçilər göndərilərək təqdim olunur və aşağıdakı addımları əhatə edir

Birinci addım

Prosesin həcmi və növü baxımından biznesin nəzərdən keçirilməsi, başqa sözlə, təşkilatla tanış olmaq və lazım olduqda problemlərin müəyyənləşməsi və çözülməsidir.

İkinci mərhələ

İSO öhdəlikləri ilə tanış olmaq üçün təşkilatdaxili təlimlərin keçirilməsi, bu zaman öhdəliklərin şərh edilməsi və təşkilatda necə icra ediləcəyini anlatmaq.

Üçüncü addım

Sistemin və ISO standartının sənədləşdirilməsi, o cümlədən sözügedən ISO standartının ən son versiyası əsasında metodların və təlimatların həyata keçirilməsi.

Dördüncü addım

Biznesdə qurulmuş ISO sistemini nəzərdən keçirmək və onu diqqətdə saxlamaq.

Beşinci addım

Kiçik və böyük qüsurları yoxlayıb, tapmaq üçün daxili audit

Altıncı mərhələ

İSO sertifikatının alınması məqsədi ilə onu verən orqan tərəfindən xarici və yekun audit.

Yoxlama xidmətləri

     Bu günkü dünyada sənayenin sürətlə inkişafını nəzərə alaraq, keyfiyyətə zəmanətin verilməsi və sənaye məhsullarının iş əmsallığı və səmərəliliyindən xatircəm olmaq hər şeydən çox əhəmiyyət daşıyır. Bu sahədə sənayenin yoxlanması və təftiş xidmətləri olduqca həyati və həssas rola malikdir. “Azaran Group” iyirmi illik təcrübəsi ilə böyük və kişik sənaye və istehsal şirkətlərinə yoxlama ilə bağlı ixtisas tələb edən xidmətlərini təqdim edir. Sənayenin yoxlanılması və təftişi sənaye məhsullarının istehsalı və çatdırılması prosesində açar mərhələlərdən biridir.

     Bu xidmətlər şirkətlərə məhsulun keyfiyyətini, təhlükəsizliyini və optimal istehsal qabiliyyətini təmin etməyə kömək edir. Sənaye yoxlaması məhsulları, prosesləri və ya sənaye sistemlərini yoxlamaq, sınaqdan keçirmək və qiymətləndirmək üçün həyata keçirilən bir əməliyyatdır. Bu yoxlamaların əsas məqsədi keyfiyyət, təhlükəsizlik və müvafiq standart və qaydalara uyğunluğu təmin etməkdir.

Problemlərin diaqnozu üçün prosedurlar

    Problemlərin diaqnostikası xidmətləri “Azaran Group”un mütəxəssis və ekspertləri tərəfindən həyata keçirilir. Məsləhətçilərimiz biznesdən əldə etdikləri təcrübə və biliklərə əsaslanaraq, aşağıdakı ardıcıllıqla 4 addımda problemlərin aradan qaldırılması işini yerinə yetirirlər:

1-Dəyişikliyə ehtiyacın olduğunu müəyyən və onu dərk etmək

     Əgər kiçik bir startapsınızsa, bu sizin üçün çox asan olacaq və az pul xərcləyərək istədiyiniz dəyişiklikləri edə bilərsiniz. Ancaq daha böyük bir təşkilat üçün bu daha çətin olacaq və investisiya tələb edəcək.

2- Ekspertlər qrupunun təşkili

    Hər hansı digər layihə kimi, problemlərin (müəyyən edilməsi və) aradan qaldırılması üçün arzu olunan addımları həyata keçirə bilən mütəxəssislər qrupu, həvəsli və çalışqan insanlar lazımdır. Bu ekspert qrupu adətən baş menecer, əməliyyat meneceri və problemlərin həlli üzrə mütəxəssislərdən ibarətdir.

3-Əsas effektivlik göstəricilərinin (KPI) müəyyənləşdirilməsi

     Qeyri-optimal proseslərin tapılması və əsas performans və effektivlik göstəricilərinin (KPI) müəyyən edilməsi problemlərin aradan qaldırılmasının üçüncü mərhələsidir. İstənilən komanda müəyyən edildikdən sonra əsas fəaliyyət göstəriciləri düzgün müəyyən edilməlidir. KPI-lər adətən hədəflədiyiniz prosesə əsasən dəyişir və ümumiyyətlə aşağıdakıları əhatə edir:

* Proses dövrü

* Uğursuzluq dərəcəsi

* Planlaşdırılmış proqramın təcili ( və fors-major) proqrama nisbəti

* Orta təmir müddəti

4-Problemlərin tapılmasının (diaqnozu, həlli) təkmilləşdirilməsi və KPI-lərin müqayisəsi.

     Nəhayət, bütün təhlil və planlaşdırma işləri aparıldıqdan sonra kiçik miqyasda edilən dəyişiklikləri həyata keçirmək mümkündür.

    Buna əsaslanaraq məsləhət almaq və həmçinin beynəlxalq ISO sertifikatları əldə etmək, problemlərin diaqnozu və s. üçün məsləhətçilərimizlə əlaqə saxlaya bilərsiniz.

Konsultasiya sorğusu üçün anket

“Azaran Group” məsləhətçiləri ilə məsləhətləşmək üçün elə bu gün hərəkətə keçin!