İrandan əmtəənin satin alınması və tədürükü üçün məsləhətləşmə

İrandan əmtəənin satin alınması və tədarükü ilə bağlı məsləhətləşmələr İranla ticarət edən ölkələrin tacirləri və iş adamları və İran məhsullarını alıb öz ölkələrinin daxili bazarlarına çatdırmaq istəyən şəxslər üçün edilir. Bəzi tacir və əcnəbi vətəndaşlar və xaricdə yaşayan bəzi iranlılar daim İranla ticarətlə məşğul olur və İran məhsullarını xaricə satırlar.

    Məsələ burasındadır ki, bu insanlar İranın resurslarına və məhsullarına asan çıxış əldə edə bilmirlər və İrandan məhsul almaq üçün mütəmadi olaraq ora səfər etməli və istədikləri məhsulları almalıdırlar. Bu işin görülməsi çox vaxt apardığı və baha başa gəldiyi üçün sözügedən şəxslərin şirkət və məhsul seçimi ilə bağlı təcrübəli və ixtisaslaşmış məsləhət və konsultasiya şirkəti (Azran Group) vasitəsilə İrandan mal alıb tədarük etmələri və öz daxili bazarlarında satmaları zəruridir.

     “Azaran Group” şirkəti idxal və ixrac sahəsində, habelə ixrac və idxal zəminində konsultasiya xidmətləri təqdim etməkdə, həmçinin İrandan xaricdə çoxlu istehsal xəttləri planlamaq və həyata keçirmək zəminində uzun ömürlü təcrübəyə malik olmaqla İranın və nəzərdə tutulan ölkələrin bazarları barədə dəqiq tanışlığa malikdir.

Həm də sözügedən imkanlar, (təhlükəsi olmayan) müvafiq risklə bu şirkətin məsləhəti ilə İrandan tələb olunan məhsulları almaq istiqamətində investorlar üçün əlverişli platforma rolunu oynayacaq.

Niyə İrandan əmtəə tədarük edirsiniz?

     İran neft-kimya sənayesi, maşınqayırma, mədənlər, sənaye və istehlak məhsulları, habelə texniki və mühəndislik xidmətlərinin ixracında yüksək imkanlar və sairləri baxımından regionun ən sənayeləşmiş və ən zəngin ölkələrindən biridir.

İranda sənayenin inkişafı durmadan artır və müxtəlif sanksiyalara baxmayaraq, o, istehsalda əhəmiyyətli artım əldə edərək Yaxın Şərqin Çini kimi tanınıb.

Aşağıda İrandan əmtəə almaq və tədarük etmək üçün ən əhəmiyyətli səbəblərdən bəzilərini qeyd edirik:

Səbəb 1

Geniş çeşiddə əmtəələr

İran yüksək sənaye gücü, neft-kimya, kənd təsərrüfatı və konversiya sənayesi kimi əsas sənayelərə investisiya qoyması və bir neçə iqlim zonasında yerləşməsi səbəbindən müxtəlif kənd təsərrüfatı, sənaye və neft-kimya məhsulları istehsal edə bilir.

Səbəb 2

Münasib qiymət

Bəzi sektorlarda istehsal qiyməti və nisbətən aşağı xərclər səbəbindən İranda bəzi məhsulların qiyməti digər ölkələrlə müqayisədə aşağıdır. Bu səbəbdən xarici bazarlarda alıcılar üçün yaxşı qazanc olacaq. Məsləhət almaq və bu sahədə İrandan mallar tədarük etmək sahəsində təcrübəli şirkət seçmək bu malların qazancının əhəmiyyətli hissəsini sizə verə bilər.

Səbəb 3

Keyfiyyət

Bəzi İran məhsulları məsələn zəfəran, püstə, bəzi neft-kimya məhsulları və sair üstün keyfiyyət və yüksək standartlara görə bölgə bazarlarında satıla bilər.

Səbəb 4

İxrac gücü

Özünün unikal coğrafi mövqeyi və qonşu ölkələrlə yaxşı əlaqələri sayəsində İran öz məhsullarını xarici bazarlara çıxarmaq üçün yaxşı imkanlara malikdir.

Səbəb 5

İstehsal imkanları

Mövcud olan sanksiyalar və məhdudiyyətlərə baxmayaraq, İranda müxtəlif sənaye sahələri özlərini inkişaf etdirə və müxtəlif məhsullar təqdim edə bilmişlər. Bu, məhsulların çoxsaylı çeşidlərini alıcılar və tacirlər üçün əlçatan edib.

Səbəb 6

Coğrafi yerləşmə

İran Yaxın Şərq regionunun mərkəzində yerləşir və bu coğrafi mövqe İranı tranzit və ticarət mərkəzinə çevirib. Tranzit magistralların və yüklərin ötürülməsi üçün dəhliz yollarının mövcudluğu İran məhsullarının daşınması və ixracı üçün çox əlverişli şərait yaradıb.

İrandan əmtəələrin tədarükü üçün addımlar

İrandan malların alınması və tədarükü üsulları

    İrandan əcnəbilər üçün malların tədarükü üsulları çox fərqlidir. Büdcə, tələbin miqdarı, müştərilərin sayı və məhsulun necə ixrac ediləcəyi kimi şərtlərinizə uyğun olaraq malların tədarükü üsulunu seçib müəyyən edirik. Bunu etməyin yolları aşağıdakılardır:

İstehsalçıların özündən satın almaq

İrandan mal alıb tədarük etməyin ən yaxşı yollarından biri uyğun və sərfəli istehsalçı tapmaq və ondan almaqdır. İstehsalçıdan satın almağın ən mühüm üstünlüyü ən yaxşı və ən uyğun qiymətə xüsusi və fərqli məhsulları tapmaqdır. Çünki bu məhsullar İran bazarında az təklif olunduğuna görə həmişə sərfəli olub və xaricdə də onunla rəqabət azdır.

Topdan satıcılardan satin almaq

İstehsalçıya birbaşa çıxış imkanı olmadıqda, istehsalçılarla birbaşa təmasda olan topdansatışçılardan istədiyiniz məhsulu təqdim edirik. Bu halda xarici bazarlarda tədarük üçün münasib qiymətə məhsul tapıla və alına bilər.

Brend nümayəndəliklərindən satın almaq

İran brendlərinin satış nümayəndəsi vasitəsilə İrandan mal alıb tədarük etmək bu ölkədən əmtəələrin tədarükü üçün ən yaxşı yollardan biridir. Bu yolla siz istədiyiniz brendin eksklüziv və ya regional agentlərindən birindən bütün məhsullarınızı münasib qiymətə birbaşa alıb nəzərdə tutulan ölkənin istehlak bazarında sata bilərsiniz.

İrandan ixrac edilən ən əhəmiyyətli məhsullar

     İrandan ixrac edilən ən mühüm məhsulları iki qismə bölmək olar: 

1-Neft məhsullarının ixracı

2-Qeyri-neft məhsullarının ixracı

     İran neftdən əlavə digər istehsal edilən məhsullara da malikdir ki, hər il diqqət ediləsi dərəcədə dünyanın bütün ölkələrinə ixrac edilir. İranın ən mühüm qeyri-neft məhsulları bunlardır:

  • Neft-kimya məhsulları
  • Polad məmulatları
  • Mədən, minarel və tikinti materialları
  • Kənd təsərrüfatı və heyvandarlıq məhsulları
  • Əl işləri
  • Tekstil və geyim
  • Sənaye təchizatı
  • Maşın sənaye hissələri
  • Dəri məmulatları

     “Azaran Group” şirkəti ekspert və təcrübəli komandası ilə birlikdə keçmiş təcrübələrinə arxalanaraq, məhdudiyyətləri aradan qaldıraraq və beynəlxalq qanunları mənimsəyərək, riskləri minimuma endirməkdə, resursların əldə edilməsində və İrandan malların alınması və tədarükü işində müddəti qısaltmaq qabiliyyətini qoruyub saxlaya bilib.

İrandan məhsul almaq və tədarük etmək üçün elə bu gün məsləhətçi ilə məsləhətləşin!

Əgər siz İrandan malların tədarükü işinin asanlıqla və narahatlıq olmadan yerinə yetirilməsini istəyirsinizsə və ya hər hansı problemdən uzaq qalmaq istəyirsinizsə, elə bu gün bizim ekspert məsləhətçilərimizə müraciət edin!