Şənbədən cümə axşamına qədər 9-dan 17-dək xidmət göstərir

Kərpic nədir?

“Kərpic” Divanü Lüğat-it-Türk kitabına görə “bişməmiş torpaqdan qayrılmış”, “bişirilməmiş kəssək” mənasını daşıyır. Qədim dövlətlərin fərman və sərəncamlarının yazıldığı palçıq paraçalarına da deyilirdi. Sonralar, bu kərpicləri bişirərək yazıları onun üzərinə bərkitmişlər. Yunan dilində belə bişirilmiş kərpiclərə “Tuğla” deyilirdi. Kərpicin nə vaxt meydana çıxdığı dəqiq bilinmir, lakin, eyni zamanda odun kəşf olunması ilə əlaqədar olaraq qəbul edilə bilər. Beləcə, su ilə torpağın birləşməsindən yaranan palçıq ilkin insanların təndirlərinin yanında bişirilərək qonşu lopalardan daha sərtləşmiş və ilkin insanlar bunu müşahidə edərək belə bir şeylə qarşılaşmışlar.

Kərpic hər zaman insanların müxtəlif fəaliyyətləri üçün uyğun olan və tarixin hər dövründə fərqli növlərdə istifadə olunan tikinti materiallarından biridir. İnsan, hələ mağarada yaşayarkən heyvanlar, külək, yağış kimi xarici mühit amillərindən qorunmaq üçün sığınacağa ehtiyacı olduğunu başa düşdü və külək, yağış, isti və soyuğun zərərli təsirlərindən, yırtıcı və sancan heyvanların hücumundan qorunmaq üçün özünə sığınacaq yaratmağı düşündü.

Bunun üçün ona xüsusi xüsusiyyətlərə malik material lazım idi, birincisi bu materialın onun daşıya biləcəyi qədər yüngül olması idi, ikincisi isə, formalaşdırıla bilən olmalı idi, yəni bu materiala istənilən formanı verə bilməliydi. Kərpic üçün verə biləcəyimiz ən sadə tərif budur: Kərpic, gil palçığınının istənilən və ehtiyaclarımıza görə dəyişə bilən müxtəlif ölçü, şəkil və saylarda hazırlanması və bişirilməsindən əldə edilən əsas daş xüsusiyyətlərindən bir çoxuna malik olan süni daşdır.

İranda kərpicdən istifadə uzun bir tarixə malikdir; bəlkə də qədim İran tikililərinin yaşına görə iranlıları tarixdə kərpicin yaradıcısı və ixtiraçısı hesab etmək olar. Sasanilər dövründən bu yana kərpicdən istifadə olunan tikililər olmuşdur,  məsələn, Bistundakı Taği Kəsra və ya İsfahan Came məscidinin dəhlizinin döşəməsində Sasanilər dövründə tikilmiş od məbədlərində hazırlanan kərpiclərdən istifadə edilmişdir.

Kərpicin hazırlanması və istehsalı

  1. Gil torpağının təmini

Məlum olduğu kimi, kərpic istehsalı üçün ilkin material gil torpağıdır. Müxtəlif torpaqlar arasında keyfiyyətli kərpic istehsalı üçün ən yaxşı torpaq, gil torpağıdır. Başqa sözlə, kərpic istehsalı üçün ən uyğun və əlverişli torpaq, gil torpağıdır.

  1. Torpağın hazırlanması

Kərpicin gücünü, çəkisini ya da görünüsünü dəyişmək üçün gil torpağını emal etmək lazımdır, belə ki, gilə müəyyən faizlərlə bəzi materillar artırmaq mümkündür.

  1. Palçığın hazırlanması

Emal edilmiş gili müəyyən miqdarda su ilə birləşdirərək, kərpic istehsalı üçün xammal əldə edilir.

  1. Qəlibləmə (Kərpic kəsmə)

Ənənəvi kərpic istehsalında bu mərhələ ənənəvi üsullarla həyata keçirilə bilər, belə ki, işçilər palçığı əl ilə qəliblər. Müasir kərpic üsullu istehsalında isə, tam avtomatik maşınlar və ya robotlar tərəfindən həyata keçirilə bilər.

  1. Kərpic bişirmə

Bu son mərhələdir, bu müddət ərzində çiy kərpic sobaya qoyulmalı və mərhələlərlə qurudulmalı və suyu çıxarılmalıdır. Ümumiyyətlə, elmi baxımdan bu qurutma mərhələsi aşağıdakı kimi müəyyən edilir:

Kərpic bişirmə gildən kimyəvi suyun alınması deməkdir, belə ki, alüminium hidrosilikat alüminium silikata çevrilir və nəticədə bişmiş kərpic dözümlülüyünə malik olar və sıxılma qüvvəsinə qarşı güclənər. Bu hərəkət təxminən 900 dərəcə istiliklə həyata keçirilməlidir, belə ki, 100 dərəcə Selsiyə qədər palçığın fiziki suyu quruyur və bu dərəcəyə qədər gilin kimyəvi suyu uçur; 900 dərəcəyə qədər isə, gil xəmirləşməyə başlayar, beləliklə kəssəyin (çiy kərpicin) içindəki qum dənələri və kiçik daşlar birbirinə yapışar və kərpic əldə edilər.

Kərpic sobalarının növləri

Kərpic sobaları üç növə bölünür:

  1. Kərpiclərin və odun sabit olduğu sobalar
  2. Kərpiclərin sabit və odun hərəkətli olduğu sobalar
  3. Odun sabit və kərpiclərin hərəkətli olduğu sobalar

Burada, istifadə olunan materiallara görə kərpic növlərini qısaca qeyd edirik:

1- Gil kərpiclər: a: adi kərpiclər b: üzlük kərpiclər c: mühəndislik kərpicləri

2- Odadavamlı kərpiclər

3-Qum-əhəng kərpiclər

4- Beton kərpiclər

5- Xüsusi kərpiclər

paylaş

Hörmətli istifadəçi, bu səhifədəki məzmunu bəyənirsinizsə, aşağıdakı düymələrdən istifadə edərək sosial şəbəkələrdə dostlarınızla paylaşa bilərsiniz.

Facebook
Twitter
LinkedIn
WhatsApp
Telegram

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir